Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Qarışıq hisslər keçirirəm

Red Bull komandasının sürücüsü Yuki Tsunoda öz ölkəsindəki yarışdan sonra məyus olub.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü öz ölkəsində Red Bull ilə ilk yarışına çıxırdı. 25 yaşlı sürücü yarışa 14-cü yerdən başlayıb və yekunda 12-ci yeri tutaraq, xalsız qalıb.

Yuki Tsunoda: “Performansımdan razı qalsam da, öz ölkəmdə yaxşı nəticə qazana bilmədim. Qətiliklə deyim ki, daha yaxşı nəticə gözləyirdim. Ən azından yarışı xalla bitirmək istəyirdim. Buna görə də qarışıq əhvaldayam.

Bu yarışda 53-54 dövrə atdım. Bu maşınla indiyə qədər ən çox dövrə vurduğum sessiya idi. Hər dövrədə yeni bir şey öyrəndim və nəhayət yaxşı dövrələr vura bildim.

Yarışın sonlarına doğru maşını tanımağa başladığımı hiss etdim. Bu qədər qısa müddətdə bu qədər şey öyrəndiyim üçün çox sevincliyəm. Amma öz ölkəmdəki yarışdan xalla ayrılmaq istəyərdim. Tempimi yavaş-yavaş düzəltməliyəm.

Yenə də Maks var və ondan çox şey öyrənə bilərəm. Buna görə də eyni formada işləməyə davam edəcəyəm. Növbədəki Bəhreyn Qran Prisini səbirsizliklə gözləyəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et