Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Bir şey tapdıq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, onlar çox işləyərək, mövsümün qalanı üçün müsbət nüanslar tapıb. 

Kokpit.az xatırladır ki, monakolu sürücü Suzukada komanda yoldaşı Lyuis Həmiltondan 0.3 saniyə sürətli olub və dördüncü yeri tutub. 

Şarl Lekler sıralanma turundan sonra bildirib ki, SF-25-də özünü yaxşı hiss edir və mövsümün qalanı üçün ümidlidir: “Həqiqətən yaxşı dövrə vurdum və əlimdən gələni etdim. Bundan yaxşısını edə bilməzdim.

Bu gün çox xoşbəxtəm, çünki biz həqiqətən yaxşı işlədik və avtomobildəki performans fərqini bir az da bağladıq. Boliddə özümü daha rahat hiss edirəm.

Biz işləməyə davam etməliyik. McLaren və Red Bull ilə aramızda hələ də böyük uçurum var. Biz əslində mənim sürmə tərzimlə bir az daha yaxşı işləyən və təsnifat mərhələsinin qalan hissəsində mənə daha çox inam verən bir şey tapdıq və bu, mövsümün qalan hissəsi üçün müsbət haldır”.

Rauf Hacıyev

Şərh əlavə et