L.Norris: Əlimdən gələni etdim

L.Norris: Əlimdən gələni etdim
SUZUKA, JAPAN - APRIL 05: Second placed qualifier Lando Norris of Great Britain and McLaren and Pole position qualifier Max Verstappen of the Netherlands and Oracle Red Bull Racing talk in parc ferme during qualifying ahead of the F1 Grand Prix of Japan at Suzuka Circuit on April 05, 2025 in Suzuka, Japan. (Photo by Mark Thompson/Getty Images)
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Yaponiyadakı sıralanma turunda limitləri sona qədər istifadə etsələr də, lazımi templəri olmayıb. .

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Suzukadakı birinci və üçüncü sərbəst yürüşlərdə zirvədə qərarlaşmışdı. O, sıralanma turunun ikinci sessiyasında da birinci yeri tutmuşdu. Buna görə də poul uğrunda mübarizədə əsas favorit idi. Son cəhdlərdən sonra Lando yenə birinci yerdə idi. Əksəriyyət artıq 25 yaşlı pilotun poulunu qeyd etməyə başlamışdı. 

Lakin Maks Ferstappen son cəhdində gözlənilmədən möhtəşəm dövrə vuraraq, Lando Norrisi 0.012 saniyə qabaqlayıb və poul qazanıb. Norris isə sabahkı yarışa ikinci yerdən start verəcək. Oskar Piastri isə yarışa üçüncü yerdən başlayacaq.

Lando Norris: “Sözün açığı sevincliyəm, çünki əlimdən gələnin ən yaxşısını etdiyimi düşünürəm. Bu fərq çox kiçikdir. Amma Maks əla dövrə vurdu.

Onu təbrik edirəm. Çox yaxşı iş gördü, həqiqətən də təqdirəlayiq performans göstərdi. Bunu təqdir etmək lazımdır. Əlbəttə ki, McLaren sürücülərinin ön cərgədə olması xoşdur, lakin bu kifayət deyil.

Mən 7-ci döngənin çıxışında trasdan bir az çıxdım. Bu, sadəcə kiçik bir səhv idi, amma dövrəvi nəticənizin zibilə dönməsi  bu qədər asandır. Son dövrəm çox yaxşı idi. İndi başqa dövrə vursaydım, son cəhdimdən yaxşı olmazdı. Düşünürəm ki, biz limitləri aşdıq, lakin bu gün kifayət qədər sürətli deyildik.

Məqsədimiz qələbə qazanmaq olacaq, amma sabah hava şəraitinin necə olacağını heç kim bilmir. Bəlkə də Avstraliya Qran Prisindəki kimi fərqli bir yarış görəcəyik.

Maraqlı yarış olacaq. Biz Maksı keçmək istəyirik, amma əminəm ki, o, birinci yeri qorumağa çalışacaq. Amma əvvəllər də belə mübarizələrimiz olub. Buna görə də həyəcanlıyam”.

Qeyd edək ki, sabah yarışda yağış yağma ehtimalı var.

 

 

Bunları da oxuyun

Şərh əlavə et