Xəbəri Kokpitdə Oxuyun!

FİA yanğınların qarşısını alacaq

FİA Yaponiya Qran Prisinin ikinci sərbəst yürüşlərində baş verən yanğınlara görə tədbir görəcək və həmin yerləri sulayıb təmizləyəcək.

Kokpit.az xatırladır ki, Suzukadakı ikinci sərbəst yürüşlərdə quru otların yanmasına görə sessiya iki dəfə qırmızı bayraqlarla dayandırılıb.

Əvvəlcə Deqner döngəsinin yaxınlığındakı otlar yanıb və marşalların müdaxiləsi ilə söndürülüb. Ancaq sessiyanın bitməsinə saniyələr qalmış otlar daha şiddətli formada yanmağa başlayıb və sürücülər sürətli dövrələrini tamamlaya bilməyiblər.

FİA yanğınların səbəbini araşdırır. İlkin düşüncələrə görə yanğını səbəbi titanium altlıqdan çıxan qığılcımlardır.

FİA bildirib ki, bunun qarşısını almaq üçün müxtəlif tədbirlər alacaqlar: “Hadisələri təhlil edirik. Sabah üçün müxtəlif tədbirlər görəcəyik. Otlar mümkün qədər qısaldılıb və quru otlar təmizlənib. Sabah sessiyalardan əvvəl həmin hissələr sulanacaq və tras kənarında müdaxilə üçün xüsusi komanda olacaq”.

Qeyd edək ki, buna bənzər hadisələr keçən il Çindədə yaşanmış və FİA bənzər formada müdaxilə ilə vəziyyəti düzəltmişdi.

Rauf Hacıyev

Şərh əlavə et