Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Suzukada xaotik keçən ikinci sərbəst yürüşləri zirvədə bağlayıb.
Oskar Piastri: “Trasın bəzi hissələrinə yenidən asfalt çəkilib və hava da çox küləkli idi. Bu da işimizi çətinləşdirdi.
Külək güclü olanda ardıcıl iki dövrə maşını sürmək çətin olur. Buna görə də qarışıq gün oldu. İkinci sərbəst yürüşlər isə çox dayandı. Temp tutmaq çətin idi, amma günün sonunda özümü nisbətən yaxşı hiss etdim. Yenə də sazlanmaları bəzi xırda dəyişiklik etməliyik. Bəzi şeylərdən razı qalsam da, asan gün olmadı.
Birinci sərbəst yürüşlərdə bolidin performansını tapmaqda çətinlik çəkdik. İkinci sessiyada işlər bir az yaxşı idi. Mercedes sürətli görünsə də, Soft təkərlərdə dəqiq sazlanma tapmaq çətin idi. Yenə də tempimizin yaxşı olduğuna inanırıq, ancaq diqqətli olmalıyıq”.




Şərh əlavə et