Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Bolidi sürmək çətindir

Red Bull komandasının sürücüsü Yuki Tsunoda öz ölkəsində RB21-i ilk dəfə sürdükdən sonra bildirib ki, bolidi sürmək simulyatora nisbətən daha çətindir.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Suzukadakı həftəsonundan əvvəl Liam Lousonun əvəzinə Red Bull-a transfer olunub. O, əvvəlcə RB21-i simulyatorda sürüb və maşından razı qalıb. Lakin bu gün maşını real trasda sürdükdən sonra o, fikrini dəyişib.

Yuki Tsunoda: “Simulyatorda maşının çətinliyini hiss etmirsiniz. Sürücülərin daha əvvəl dedikləri balanssızlıq və ya inamsızlığı hiss etdim. Vəziyyəti yaxşılaşdırmaq üçün fərqli sazlanmalar sınadım və çox yaxşı iki gün keçirdik. Hansı yöndə irəliləmək lazım olduğunu bilirəm. Performans cəhətdən təməlimiz yaxşı görünür. Doğrudan da məlumat toplamaq üçün yaxşı sessiya idi.

Bolid gözlədiyimdən fərqli hiss etdirdi. Onsuz da real maşının simulyatordan fərqli olacağını bilirdim. Amma real sürüşdə vəziyyət təmiz başqa cür idi və bolidi sürmək çətin oldu”.

Qeyd edək ki, Yuki Tsunoda birinci sərbəst yürüşlərdə komanda yoldaşı Maks Ferstappendən 0.1 saniyə geridə qalaraq, 6-cı olub. Xaotik keçən ikinci sərbəst yürüşlərdə isə 18-ci yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et