Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: İşimiz çətindir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Yaponoya Qran Prisinin cümə sərbəst yürüşləri onlar üçün çətin keçib.

Kokpit.az xatırladır ki, Suzukada ikinci sərbəst yürüşlər 4 dəfə qırmızı bayraqlara görə dayanıb. Buna görə də sürücülər trasda istədikləri kimi işləyə bilməyiblər. Bundan ən çox təsirlənən sürücülərdən biri də Maks olub.

Maks Ferstappen: “Bu gün mənim üçün çox çətin keçdi. Boliddə fərqli şeylər sınasaq da, heç bir nəticəyə gələ bilmədik. Belə olan halda təmiz dövrə vurmaq da çətinləşir”.

Suzukada sürətli olmaq üçün inam və qərarlılığa ehtiyacımız var. Hazırda bunu hiss etmirəm. Buna görədə çox iş görməliyik”.

Maks Ferstappen yeni komanda yoldaşı Yuki Tsunoda barədə də danışıb: “Məncə, Yuki birinci sərbəst yürüşlərdə yaxşı idi. İkinci sərbəst yürüşlər hamı üçün qarışıq keçdi. Maşınımızın üzərində çox işləməliyik. Ancaq ümumilikdə işlər yaxşı getdi”.

Rauf Hacıyev

Şərh əlavə et