Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Rassell rəqibimizdir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Corc Rassell onlara rəqib ola bilər.

Kokpit.az xatırladır ki, McLaren Yaponiyadakı cümə sərbəst yürüşlərində inamlı təsir bağışlayıb və iki sessiyada da zirvədə olub.

Lando Norris: “Gözəl gün idi və yaxşı vəziyyətdəyik. Külək işləri bir az çətinləşdirdi. Burada limitlərdə sürdüyünüz üçün xırda külək belə bolidə təsir edir. Ümumilikdə isə özümü yaxşı hiss edirəm. Bəzi addımlar atdıq, amma sabaha qədər bəzi şeyləri inkişaf etdirməliyik. Cümə günü üçün çox sevincliyəm.

Hələ də zirvədə olduğumuzu düşünürəm. Corc səhər çox sürətli idi. Demək olar ki, bizimlə eyni tempdə gedirdi. Red Bull bir az geridə olsa da, əksər hallarda sıralanma turunda bizə yaxınlaşırlar.

Yenə də bizim üçün qarışıq sessiya idi. Komandaların real potensiallarını göstərmir. Birinci praktika komandaların performanslarını daha dəqiq göstərdi”.

Rauf Hacıyev

Şərh əlavə et