Xəbəri Kokpitdə Oxuyun!

Red Bull 3 sahədə yenilik edib

Red Bull komandası Yaponiya Qran Prisi üçün üç fərqli bölgədə yeniliklər edib.

Kokpit.az bildirir ki, Avstriya komandası motor qapağında, arxa asılqanda və arxa əyləc kanallarının çıxışında dəyişiklik edib.

Komandanın yeniliklərdə əsas hədəfi bolidi daha məhsuldar etmək, həm soyutmanı, həm də performansı artırmaqdır.

Red Bull-un baş mühəndisi Pol Monaqan yeniliklər barədə bunları deyib: “Hamının bir mərkəzi hava çıxışı var. Biz də bundan istifadə edirik. Amma buradan çıxan hava üst gövdənin axımı ilə birləşərək, müəyyən türbülans əmələ gətirir. Əgər bu hava axımını düzgün yönləndirə bilsək, arxa qanada qarşı təsirini azalda bilərik.

Bu dəyişiklik bizə kiçik soyutma inkişafı təqdim edir. Bolidi daha yaxşı işlətməyimizə imkan verir və arxa qanada daha az zərər verir. Kiçik, amma vacib qazancdır. Biz də bunu dəyərləndiririk”.

FİA-nın raportlarında böyüdülmüş hava çıxışının növbəti yarışlar üçün hazırlandığını və Suzukada test ediləcəyi yazılıb.

Bundan əlavə arxa asılqanda və arxa əyləc kanalında da yeniliklər var. Bu yeniliklərin məqsədi əyləc kanallarına girən havanı daha yaxşı yönləndirməkdir.

Red Bull bu yeniliklərin hesabına RB21-in performansını Yaponiyada artırmaq istəyir.

Rauf Hacıyev

Şərh əlavə et