Hirakava Duhəni əvəz edəcək

Hirakava Duhəni əvəz edəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Rio Hirakava Yaponiya Qran Prisinin 1-ci sərbəst yürüşlərində Cek Duhənı əvəz edəcək.

Kokpit.az xatırladır ki, 2025-ci ildə gətirilən qaydalara görə hər sürücü mövsümdə ən az iki dəfə yerini gənc pilotlara verməlidir. Daha əvvəl bu qayda hər sürücü üçün mövsümdə bir dəfə idi. Buna görə də yaponiyalı sürücü öz ölkəsində birinci sərbəst yürüşlərdə Alpine komandası ilə trasa çıxacaq.

Toyota ilə Dünya Dözümlülük Çempionatında (WEC) çempion olmuş Rio Hirakava bu mövsümə Alpine komandasının ehtiyat sürücüsü kimi başlayıb. Keçən il McLaren-də eyni rolu üzərinə götürən yapon pilot, 2024-cü il Abu-Dabi Qran Prisində Oskar Piastrini əvəz etmiş və MCL38 ilə ilk Formula 1 həftəsonu təcrübəsini yaşamışdı.

Rio Hirakava: “Mən çox həyəcanlıyam, bu həftə sonu birinci sessiyada A525-i sürmək üçün səbirsizlənirəm.

2007-ci ildə ilk dəfə Yaponiya Qran Prisini izləmək üçün Fuciyə getdiyim zamanı xatırlayıram. Bu, fərqli tras idi, lakin Formula 1-i Yaponiyada görmək məni çox heyran etmişdi. Mən o vaxtdan etibarən yarış karyerama başlamışam və indi trasa çıxmaq mənim üçün reallaşdıracağım bir arzu olacaq. Səbirsizlənirəm.

Hər şeyi hazırlamışıq, bir neçə gün əvvəl Enstounda simulyator məşqi etdik. Oradakı hər andan həzz alacağam. Ümid edirəm ki, hava şəraiti yaxşı olacaq. Qısa sessiya olsa da, mən bundan həzz alacağam və komanda üçün əlimdən gələni edərək maşının parametrlərinə töhfə verməyə çalışacağam. Bu fürsətə və dəstəyə görə komandadakı hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Rio Hirakava 2013-2023-cü illərdə Super Formula seriyasında çıxış edərkən Suzuka-da bir neçə dəfə trasa çıxıb.

Alpine komandasının sürücüsü Cek Duhan  Hirakavanın Suzukadakı təcrübəsini xüsusi vurğulayıb: “Onun burada çox təcrübəsi var, ona görə də ondan faydalanmaq həftəsonu üçün yaxşı olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et