Red Bull xüsusi rəng çalarını təqdim edib

Red Bull xüsusi rəng çalarını təqdim edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandası Yaponiya Qran Prisi üçün mühərrik tərəfdaşı Honda-ya həsr olunmuş xüsusi rəng çalarını təqdim edib.

2025-ci il Suzuka yarışı Honda-nın Red Bull ilə Yaponiyadakı son yarışı olacaq, çünki Avstriya təmsilçisi 2026-cı ildən Ford ilə əməkdaşlığa başlayacaq.

Ağ rəngin üstünlük təşkil etdiyi rəng çalarını seçməyin səbəbi Honda RA272 maşınıdır. Riçi Ginter 1965-ci ilin Meksika Qran Prisində bu maşınla Honda-ya ilk Formula 1 yarışını qazandırmışdı.

Bundan başqa ağ rəng seçimi Yapon bayrağını təmsil edir, lakin Red Bull tərəfindən istifadə edilən ağ rəngin tonunun orijinaldan bir qədər fərqli olduğu ifadə edilir. Bunun səbəbi çəkidə üstünlük əldə etməkdir.

Mühərrik qapağındakı Red Bull loqotipləri metal qırmızı rəngdə olacaq və avtomobilin burnunda RA272 modelində olduğu kimi Yaponiyanın “Doğan Günəş” simvolu əks olunacaq.

Digər tərəfdən boliddəki Honda loqotipləri 1960-cı illərin versiyasına  uyğun olaraq yenilənib. Avtomobilin burnunda Ginterin tarixi qələbəsinin 60-cı ildönümünü qeyd edən xüsusi loqotip də olacaq.

Bu rəng çaları eyni zamanda 2021-ci il Türkiyə Qran Prisində istifadə edilən ağ Red Bull dizaynını xatırladır. Həmin il Yaponiya Qran Prisi COVID-19 pandemiyası səbəbilə ləğv edilmiş və Red Bull Honda ilə vidalaşmaq üçün xüsusi liveriyadan istifadə etmişdi. Honda rəsmi olaraq Formula 1-dən ayrılsa da, sonrakı mövsümlərdə Red Bull və AlphaTauri-ni mühərriklərlə təchiz etməyə davam etmişdi.

Yeni liveriya həm də Racing Bulls VCARB 02-nin rəng çalarına çox bənzəyir. Yapon mədəniyyətində şans simvolu kimi görünən qırmızı-ağ rəng birləşməsi həm də Yuki Tsunodanın Red Bull-dakı karyerasının başlanğıcını simvollaşdırır.

Honda-nın Tokiodakı Aoyama qərargahında keçirilən tədbirdə çıxış edən Yuki Tsunoda Red Bull-a qoşulmağın onun üçün fürsət olduğunu deyib: “Düzünü desəm, Yaponiya Qran Prisində Red Bull üçün sürəcəyimi heç gözləmirdim. Bu, Red Bull və Honda tərəfdaşlığının son ilidir, ona görə də Red Bull Racing sürücüsü kimi Suzukada yarışmaq mənim üçün taleyin oyunudur. Bu gün burada olmağım üçün hər şey düzgün şəkildə cərəyan etdi.

Əlbəttə ki, Red Bull-a gəldiyim üçün xoşbəxtəm, amma diqqətlə düşünəndə Yaponiya Qran Prisində Red Bull üçün sürəcəyim fikri mənə hələ də inandırıcı görünür. Mən gözləntiləri çox da artırmaq istəmirəm, lakin bu Yaponiya Qran Prisində podiuma çıxmaq istəyirəm. Təbii ki, bunun asan olmayacağını bilirəm.

Mənim üçün əsas məsələ avtomobili başa düşmək və onun VCARB ilə müqayisədə özünü necə apardığını görməkdir. Əgər mən birinci sərbəst yürüşlərdən sonra avtomobilin idarə olunmasına öyrəşə bilsəm, nəticələr gələcək. Əgər podiuma çıxsam, inanılmaz olacaq.”

Bunları da oxuyun

Şərh əlavə et