Xəbəri Kokpitdə Oxuyun!

Azarkeşlərin yarısı bu il Montsaya qayıtmaq istəyir

Montsa bələdiyyəsi sosioloji tədqiqatın nəticələrini açıqlayıb, onun məqsədi şəhərdə İtaliya Qran Prisinin keçirilməsinin iqtisadi effektinin miqyasını müəyyən etmək olub.

Keçən ilki yarış həftəsonunun üç günü ərzində, yəni avqustun 30-dan sentyabrın 1-dək 335 min azarkeş Autodromo Nazionale di Monza-nı ziyarət edib. Araşdırmanı aparan JFC şirkətinin italyan sosioloqlarının gəldiyi əsas nəticə belədir: izləyicilərin əksəriyyəti aldıqları təcrübədən kifayət qədər razı qalıblar.

Sorğuda 3000-dən çox insan iştirak edib və onlar Qran Prinin təşkilini orta hesabla 7 ballıq şkala ilə 5,3 balla qiymətləndiriblər. Eyni zamanda, həm yarışa, həm də şəhərə baş çəkmənin ümumi təəssüratları daha yüksək qiymətləndirilib – 5,7 bal.

Üstəlik, respondentlərin 48,3%-i 2025-ci ildə 96-cı dəfə İtaliya Qran Prisinə ev sahibliyi edəcək əfsanəvi trasın tribunalarından yenidən Formula 1 yarışını izləmək niyyətində olduqlarını bildiriblər. Məsələ burasındadır ki, Gran Premio d’İtalia adlanan ilk yarış 1920-ci ildə Montsada keçirilsə də, Formula 1-in ilk mövsümü 1950-ci ilə təsadüf edir.

Keçən ilin statistik məlumatlarına müraciət edərək, İtaliya araşdırmasından daha bir neçə məlumatı təqdim edirik: 2024-cü ildə avtodromu ziyarət edən əhalinin 64,3%-i xaricdən, əsasən də Fransa, İsveçrə, Böyük Britaniya, Almaniya və Polşadan gələn qonaqlar olub.

Elçin Zodorov

Şərh əlavə et