Kokpit.az bildirir ki, Avstriya təmsilçisinin maşınında ağ rəng üstünlük təşkil edəcək. Motor qapağındakı Red Bull loqotipi qırmızı olacaq. Bolidin ön və arxa tərəfində isə mavi rəngi görəcəyik.
Bu rəng çaları bizə 2021-ci ildə Türkiyədə istifadə edilən ağ Red Bull RB16-nı xatırladır. Bu rəng çaları da Yaponiya Qran Prisi üçün hazırlanmışdı, amma Covid-19 pandemiyasına görə yarış ləğv olunmuş və bu dizayn Türkiyədə istifadə edilmişdi.
Ağ rəngin üstünlük təşkil etdiyi rəng çalarını seçməyin səbəbi Honda RA272 maşınıdır. Riçi Ginter 1965-ci ilin Meksika Qran Prisində bu maşınla Honda-ya ilk Formula 1 yarışını qazandırmışdı.
Bu rəng çalarının Yaponiya Qran Prisindən əvvəl təqdim edilməsi gözlənilir.
Şərh əlavə et