Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen yeni dəbilqəsini təqdim edib

Red Bull komandasının sürücüsü Maks Ferstappen növbəti həftə keçiriləcək Yaponiya Qran Prisi üçün xüsusi dəbilqə dizaynını təqdim edib.

Kokpit.az bildirir ki, niderlandlı sürücü həftənin əvvəlində bu barədə sosial şəbəkəsində xəbər vermişdi. Bu gün isə yeni dəbilqə dizaynını sosial şəbəkədə paylaşıb.

Dördqat Dünya Çempionu Yaponiya bayrağını xatırladan sadə qırmızı-ağ rəng çalarını seçib. Dəbilqənin üzərində həmişəki kimi aslan şəkli var. Aşağı hissədə isə Yaponiyadakı gilas çiçəklərini xatırladan çiçək naxışları görürük.

Qeyd edək ki, Maks Ferstappen daha əvvəl Yaponiya Qran Prisində 3 dəfə qalib olub.

Maks Ferstappen Yaponiya Qran Prisində yeni komanda yoldaşı ilə çıxacaq. Liam Louson Avstraliya və Çin yarışlarında pis çıxış etdikdən sonra Red Bull komandası onu Yuki Tsunoda ilə əvəz ediblər.

Rauf Hacıyev

Şərh əlavə et