K.Horner: McLaren-ə çatacağıq

K.Horner: McLaren-ə çatacağıq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen Çin yarışında rəqiblərinə nisbətən zəif olduğu fikirlərlə razılaşmır.

Kokpit.az xatırladır ki, Maks Ferstppen Çin yarışına dördüncü yerdən başlasa da, startda altıncı yerə geriləmişdi. Lakin niderlandlı sürücü Hard təkərlərə keçdikdən sonra nisbətən sürətlənmiş və iki Ferrari sürücüsünü keçərək, yarışı dördüncü yerdə bitirmişdi. 

Kristian Horner düşünür ki, komandalar arasındakı güc balansı yarışdan yarışa dəyişəcək: “Bu cür güc balansı yarışdan asılı olaraq dəyişə bilər.

Maks Ferrari sürücülərinə yetişdi və onlardan birini keçdi. Bəli, hazırda McLaren hamı üçün meyar nöqtəsidir, çünki onlar mövsümün ilk iki yarışını qazanıblar. Amma biz onlara çatmağa və geridə qoymağa hazırlaşırıq”.

Red Bull-un RB21-i inkişaf etdirmək üçün möhkəm təməli olduğunu bildirən Horner, fərqin çox az olduğunu qeyd edib:”Pouldan cəmi 0,170 saniyə geri qaldıq. Yarışın ikinci hissəsində McLaren sürücüləri ilə eyni tempdə idik. Biz bolidimizi harada təkmilləşdirməli olduğumuzu bilirik və bununla bağlı dəqiq yenilik planımız var”.

Kristian Horner sözlərini komandanın McLaren ilə fərqi aradan qaldırmaq üçün intensiv şəkildə işlədiyini vurğulayaraq yekunlaşdırıb: “Biz bolidindövrəvi nəticələrini yaxşılaşdıracaq yeniliklər üzərində işləyirik. McLaren hazırda lider ola bilər, lakin o qədər də uzaqda deyil”.

Bunları da oxuyun

Şərh əlavə et