Xəbəri Kokpitdə Oxuyun!

Toto Volff Yaponiyaya getməyəcək

Mercedes komandasının rəhbəri Toto Volff mövsümün növbəti yarışında – Yaponiya Qran Prisində iştirak etməyəcək.

Kokpit.az bildirir ki, Formula 1 gərgin dövrə qədəm qoyur -Aprelin 4-6-da keçiriləcək Yaponiya Qran Prisindən bir həftə sonra Bəhreyn, ondan bir  həftə sonra isə Səudiyyə Ərəbistanı yarışları keçiriləcək. Yəni ki, bizi ardıcıl 3 yarış gözləyir

Bu gərgin təqvimdə Mercedes-in rəhbəri Toto Volff Yaponiya Qran Prisinə qatılmamaq qərarına gəlib.

“Mən Yaponiya Qran Prisində iştirak etməyəcəyəm, amma eyni yarışı bir daha buraxmağım tamamilə təsadüfdür. Bu, saat qurşağının dəyişməsi ilə bağlı deyil!” – Toto Volff Şanxayda zarafatla deyib.

Toto Volff Yaponiya yarışında iştirak etməməsinin səbəbini deməyib. “Gündoğan ölkə”də onun vəzifəsini komandanın mətbuat katibi Bredli Lord yerinə yetirəcək.

Xatırladaq ki, Toto Volff 2023-cü ildə dizindən əməliyyat olunduğu üçün Yaponiya Qran Prisində iştirak etməmişdi. Keçən il isə bu yarışa qatılmağı planlaşdırsa da, son anda qərarını dəyişərək, Yaponiyaya getməmişdi.

Rauf Hacıyev

Şərh əlavə et