Kokpit.az xatırladır ki, italyan sürücü Çin yarışını səkkizinci yerdə başa vursa da, Ferrari pilotlarının yarışdan diskvalifikasiya edilməsindən sonra altıncı yerə yüksəlib. Bundan əlavə Mercedes-in debütant pilotu günün sürücüsü seçilib.
Yarışdan sonra müsahibə verən Kimi Antonelli bildirib ki, yarış zamanı altlığının zədələnməsi barədə ona məlumat verilməyib: “Yəqin ki, mənə altlıq zədəsi barədə məlumat verməmələrinin səbəbi panikaya düşməyim deyədir. Ancaq ilk dövrədən qəribə bir şey hiss etdim. Yarış boyu bolidin arxa tərəfi ilə həqiqətən mübarizə apardım. Çox qəribə vəziyyət idi.
Arxa təkərləri qorumağa çalışarkən sürətli getmək doğrudan da çox çətin idi. Ümumilikdə bu yarış mənim üçün çox çətin keçdi. Amma indi hər şeyi sıfırlamaq və Yaponiyaya daha güclü qayıtmaq vaxtıdır”.
Şərh əlavə et