Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən ilin sonunda Ferrari-dən ayrıldıqdan sonra Williams-a keçmiş və yeni komandası ilə mövsümöncəsi testlərdə təsirli performans göstərmişdi.
Bununla belə, Şanxayda sprint və əsas yarışlarında yaşadığı çətinliklər Sayns üçün böyük şok olub.
Dörd yarış qazanmış Karlos Sayns bu barədə belə danışıb: “Bir az təəccüblüyəm. 2024-cü ildə Əbu-Dabi testlərində çox sürətli idim, Bəhreyndə çox sürətli idim. Amma nədənsə, testlərdə əldə etdiyim temp birdən-birə yox oldu. Həqiqətən də qəribədir.
Təhlil ediləcək çox şey var və Suzuka yarışına qədər hər şeyi təhlil etmək üçün 10 günümüz var. Əminəm ki, biz nəsə tapıb daha güclü formada qayıdacağıq. Amma burada doğrudan da çox yavaş idik.
Şənbə və bazar günləri hər iki maşının konfiqurasiyasını əhəmiyyətli dərəcədə dəyişdirdik və bu dəyişikliklər Aleksə bəhrəsini verdi. O, xal qazana bildi.
Ancaq mən ön təkərin yeyilməsi ilə çox mübarizə apardım. Həm Medium, həm də Hard təkərlər mən də çox yeyilsə də, sürətli ola bilmədim. Üzərində işləyəciyimiz çox işimiz var”.
Qeyd edək ki, Karlos Sayns Şanxaydakı yarışı 13-cü yerdə bitirsə də, yarışdan sonra Şarl Lekler, Lyuis Həmilton və Pyer Qaslinin diskvalifikasiya edilməsi ilə 10-cu yerə yüksəlib. Bununla da ispaniyalı sürücü yeni komandası Williams ilə ilk xalını qazanıb.
Şərh əlavə et