Y.Tsunoda: Hazıram

Y.Tsunoda: Hazıram
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Racing Bulls komandasının sürücüsü Yuki Tsunoda "yaxşı formada" olduğunu deyib, çünki Red Bull-a keçəcəyi ilə bağlı söz-söhbətlər artmağa başlayıb.

Kokpit.az xatırladır ki, bu il Red Bull-a keçən Liam Louson ilk iki yarışda  ümidləri doğrultmayıb və xalsız qalıb. Buna görə də Yaponiya Qran Prisindən əvvəl onun Yuki Tsunoda ilə əvəzlənəcəyi iddiaları artıb.

Daha əvvəl Red Bull-da yarışmağa hazır olduğunu’bildirən Yuki Tsunoda isə yenidən bu sözünü təkrarlayıb.

Yuki Tsunoda: “Mən RB21-i sürməmişəm. Buna görə də Liamın niyə çətinlik çəkdiyini bilmirəm. Abu-Dabidəki təkər testində Maksla eyni vaxtda trasa çıxmamışdım. Buna görə də aramızda olan temp fərqini bilmirəm. Amma bir sürücü həmişə fərqli sürüş tərzinə uyğunlaşmalıdır. Mən hazırda yaxşı formadayam”.

Yaponiyalı sürücü hazırda Racing Bulls komandasında çıxış edir və ev yarışı olan Suzukada yarışmağa hazırlaşır. Keçən il Yaponiya Qran Prisində  ilk dəfə xal qazanan Tsunoda bu uğurunu yenə təkrarlamaq istəyir:  “Suzuka trasının xüsusiyyətləri fərqlidir. Bu tip bolidlərlə nə baş verəcəyini heç vaxt bilmirsiniz. Amma mən hələ də həyəcanlıyam. Ümumi tempimiz yaxşı görünür. Buna görə də yaxşı hazırlaşmalıyıq və ümid edirik ki, xal qazanacağıq”.

Bunları da oxuyun

Şərh əlavə et