E.Okon: Bunu gözləmirdik

E.Okon: Bunu gözləmirdik
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas komandasının sürücüsü Esteban Okon Çin yarışınd qazandığı nəticədən çox razıdır.

Kokpit.az xatırladır ki, Avstraliya Qran Prisində çətin həftəsonu keçirən Haas komandası Çində özünə gəlib və iki sürücüsü ilə  xal qazanmağı bacarıb.

Esteban Okon yeni komandası ilə ilk xallarını yeddinci yeri tuturaq qazanıb, amma yarışdan sonra iki Ferrari pilotunun diskvalifikasiya edilməsi ilə fransalı sürücü beşinci yerə yüksəlib. O, Mercedes komandasının sürücüsü Andrea Kimi Antonellini geridə qoyub.

Yarışdan sonra müsahibə verən 29 yaşlı sürücü Avstraliyadakı zəif performansdan sonra  qısa müddətdə böyük inkişaflarına görə təəccübləndiyini deyib.

Esteban Okon: “Özümü Antonellinin yanından keçən ralli sürücüsü kimi hiss etdim, amma komanda əla iş gördü!
Komanda bir neçə gün ərzində böyük irəliləyiş əldə etdi və bunun sayəsində biz bolidin məhsuldarlığını artıra bildik. Son vaxtlar nə çox yatırıq, nə də yeməyə vaxtımız var, amma bu, yaxşı haldır”.

Haas-ın bu sürətli inkişafı necə əldə etdiyindən danışan Okon həftəsonu edilən böyük dəyişikliklərin təsirli olduğunu söyləyib: “Biz həmişə bolidin daha çox potensiala malik olduğunu bilirdik, lakin həftəsonu edilən böyük dəyişiklik sürpriz oldu. Cümə günündən şənbə gününə kimi biz maşının demək olar ki, 90 faizini dəyişdik və bu təsnifat mərhələsində özünü göstərdi. Birdən özümü çox daha inamlı hiss etdim. Daha da irəliyə gedəcəyimi  bilirdim. Təbii ki, bolid hələ də tam potensialında deyil və bu yaxşı haldır, çünki inkişaf etməyə davam edə bilərik”.

Bunları da oxuyun

Şərh əlavə et