L.Norris: Çox şanslıyam

L.Norris: Çox şanslıyam
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Lando Norris Çin yarışında McLaren-in əldə etdiyi nəticədən razı olsa da, yarışın son hissəsində yaşadığı əyləc problemlərinin kabus kimi olduğunu qeyd edib.

Kokpit.az xatırladır ki, Şanxayda yarışa üçüncü yerdən başlayan Lando Norris startda qarşısındakı Corc Rasseli geridə qoyaraq, ikinci yerə yüksəlməyi bacarıb.

O, 16-cı dövrədə pit-stop etdikdən sonra yenidən Rassellin arxasında qalsa da, bir neçə dövrədən sonra yerini bərpa etməyi bacarıb və damalı bayrağı qələbə qazanan komanda yoldaşından sonra – ikinci yerdə keçib.

Lando Norris: “Yarışda bir neçə əyləncəli anl yaşadım.  Yarışın əvvəlində məhz buna ümid edirdim, buna görə də ilk döngə planlaşdırdığım kimi keçdi.

Sonra Corc pit-stop zamanı yanımdan keçdi. Bir az narahat oldum, amma pitdən sonra tempimiz xeyli yaxşılaşdı. Yarışa nəzarət cəhətdən  çətin yarış idi. Bu gün çox adam bir pit-stop strategiyasını gözləmirdi, ona görə də biz yaxşı iş gördük. Oskar da əla performans göstərdi və yarış ərzində çox sürətli idi.

O qətiliklə qələbəyə layiq idi və bütün həftəsonu çox yaxşı sürdü. İkinci yerdə olduğum üçün şadam, çünki yaxşı xallar qazandıq və bu, komanda üçün əla nəticə oldu. İkiqat podium əldə etdik və bu bizim tam istədiyimiz yarış idi”.

Yarışın sonlarında Norrisin bolidinin əyləc pedalında bəzi problemlər yaranıb. Komanda Norrisə əyləclənmə zamanı diqqətli olması barədə xəbərdarlıq edib.

Britaniyalı pilot yaşadığı əyləc problemləri ilə bağlı bunları deyib: “Qorxulu idi! Yarışım sözün əsl mənasında kabusa çevrildi. Yəni kabus görürəmsə, bu, mütləq əyləclərin işləmədiyi bir ssenaridir. Əyləclər nifrət etdiyiniz, lakin eyni zamanda sizin həqiqətən ehtiyac duyduğunuz şeylərdən biridir. Bu, həyatınızı xilas edə bilər, lakin son bir neçə dövrədə hər dövrə üçün iki, üç, hətta dörd saniyə itirirdim. Bir az qorxdum, amma mübarizəni dayandırmadıq və yarışı bitirə bildik. Ola bilsin ki, Rassell növbəti dövrədə məni ötməyə hazırlaşırdı. Ona görə də yarışı bitirdiyim üçün özümü şanslı hesab etməliyəm! Bu, həqiqətən, bir sürücünün demək istəmədiyi bir şeydir”.

 

Bunları da oxuyun

Şərh əlavə et