Xəbəri Kokpitdə Oxuyun!

L.Louson: Vəziyyət çətindir

Red Bull komandasının sürücüsü Liam Louson sıralanma turunda 20-ci yeri tutduqdan sonra jurnalistlərə cavab verib.

Kokpit.az xatırladır ki, yeni zelandiyalı sürücü şənbə günü birinci sessiuada ələnib. Red Bull komandasının pilotu bu gün yarışa pit yolundan başlayacaq.

Liam Louson: “Həqiqətən çətin vəziyyətdir. Bolidin sazlanma aralığı həqiqətən dardır, lakin bu bəhanə deyil. Mən bunun öhdəsindən gəlməliyəm, maşını başa düşməliyəm.

Bir az qarışıq sessiya keçirdik və trafiklə bağlı bəzi problemlər yaşadıq və bu problemlərlə qarşılaşmasaq, daha yaxşı olardı. Amma düzünü desəm, belə problemlərin olması yolverilməzdir.  Buna görə də biz mübarizədən tez dayandırdır. İlk cəhidimizdə kifayət qədər sürətli olmalıyıq. Buna görə də vəziyyəti nəzarət altına almalıyam.

Deyəsən, mənə sadəcə vaxt lazımdır. Həqiqətən də vaxtım yoxdur. Formula 1 bolidini idarə etmək üçün 100 faiz inamla hərəkət etməlisən. Mən inamsız deyiləm, amma sazlanma aralığı o qədər dardır ki, mən həmişə maksimumu göstərə bilmirəm. Nəzarətə almalı olduğum şey budur. Bunu başqa necə izah edəcəyimi bilmirəm, amma hazırda kifayət qədər yaxşı deyiləm”.

Liam Lousonun bu zəif performansı hazırda RB komandasında çıxış edən Yuki Tsunodanı daha da ruhlandırır. Yaponiyalı sürücü mövsümə yaxşı baaşlayıb. O, dünən sprint yarışında 6-cı olaraq, 3 xal qazanıb. Bugünkü yarışa isə 9-cu yerdən başlayacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et