Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls cərimələnib

Racing Bulls komandasının sürücüsü Ayzek Həcər Çin Qran Prisinin sıralanma turunda rəqibi Maks Ferstappenin qarşısına təhlükəli formada çıxıb və buna görə də FİA tərəfindən 5 min avro cərimələnib. 

Kokpit.az xatırladır ki, fransalı sürücü Çin Qran Prisinin sıralanma turunun üçüncü sessiyasında boksdan MAks Ferstppenin önünə çıxıb. Niderlandlı sürücü ani bir hərəkət ilə qəzadan qaçıb və təmas yaşanmayıb. Lakin FİA bildirib ki, Racing Bulls potensial təhlükə yaradıb. 

FİA-nın açıqlaması belə olub: “Stüardlar 6 nömrəli maşının sürücüsünü (Ayzek Həcər), 1 nömrəli maşının sürücüsünü (Maks Ferstappen), komandanın təmsilçilərini dinləyib və əyləc və qaz sistemlərinin məlumatlarını, video və bolidiçi video isbatlarını təhlil edərək belə qərar vermişdir: 6 nömrəli maşının sürücüsü pit yolundakı təmsilçisinin təlimatlarına riayət edib və onun istəyi ilə boksdan çıxdığını deyib. 6 nömrəli maşının sürücüsü boksdan çıxmaqda bir az gecikib, amma əksər hallarda çıxış zamanlaması gec olur. Buna görə də 6 nömrəli maşın 1 nömrəli maşının yoluna çıxıb. 1 nömrəli maşının sürücüsü qəzadan qaçmaq üçün ani hərəkət edib və əyləcə sərt basaraq, təkərləri yandırmaq riski ilə qarşı-qarşıya qalıb.

Komanda təmsilçisi bu insidentdə komandanın səhv hərəkət etdiyini qəbullanıb. Buna görə də komandaya 5 min avro pul cəzası verilib”.

Qeyd edək ki, Ayzek Həcər sabahkı yarışa yeddinci yerdən başlayacaq.

Bundan başqa Haas komandasının sürücüsü Olli Berman Aston Martin komandasında Ləns Strollu əngəllədiyi üçün stüardlar tərəfindən çağırılıb. Lakin gənc sürücünü dinlədikdən sonra onun günahsız olduğu aşkarlanıb. Beləliklə sabahkı yarışa Berman 17-ci, Stroll isə 14-cü yerdən başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et