L.Norris: Bir neçə səhv etdim

L.Norris: Bir neçə səhv etdim
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Lando Norris Şanxayda şənbə günündən sonra məyus olduğunu bildirib.

Kokpit.az xatırladır ki, Oskar Piastri Çin Qran Prisinin sıralanma turunda poul qazandığı halda onun komanda yoldaşı Lando Norris isə üçüncü yeri tutub. Britaniyalı sürücü birinci və ikinci sessiyalarda zirvədə olsa da, həlledici üçüncü sessiyada komanda yoldaşından 0.152 saniyə geridə qalıb.

Sıralanma turundan sonra Lando Norris komanda yoldaşını təbrik edib: “Poul qazana bilməyəndə həmişə məyus oluram, lakin bu gün Oskar buna layiq idi. O, bütün həftəsonu əla iş gördü. Onun adına çox sevinirəm. Formula 1-dəki ilk poulunu qazandı”.

Lakin Lando Norris əlavə edib ki, həftəsonu onun üçün ideal keçmir: “Mənə gəldikdə, yenə bir neçə səhv etdim, bu həftə sonu mənim üçün bir az belə oldu, amma bu gün boliddə özümü daha yaxşı hiss etdim. Biz daha yaxşı yöndə irəliləyirik, xüsusən dünən və hətta bu gün səhər çox çətin mübarizə apardıqdan sonra… Ona görə də inanılmaz dərəcədə məyus olduğumu deyə bilmərəm.

Sprint yarışından sonra boliddə çox böyük dəyişikliklər etdik, çünki yaxşı yerdə deyildik. Sabah nə olacağını görəcəyik”.

Qeyd edək ki, Lando Norris dünənki sprint sırlanma turunda 6-cı, bugünkü sprint yarışında isə 8-ci yeri tutub.

 

Bunları da oxuyun

Şərh əlavə et