C.Rassell: Yarış çətin olacaq

C.Rassell: Yarış çətin olacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes-in britaniyalı sürücüsü vurduğu son dövrə ilə sıralanma turunda ikinci olub.

Kokpit.az bildirir ki, Oskar Piastriyə cəmi 0.082 saniyə uduzan Corc nəticəyə təəccübləndiyini bildirib. Onun komanda yoldaşı Kimi Antonelli isə 8-ciliklə kifayətlənib.

Corc Rassell: “Düzünü desəm, inanılmaz emosiyalar hiss edirəm. Bugünkü uzun müddət ərzində ən çətin təsnifat sessiyalarından biri idi. Təkərləri cəhdə hazırlamaq üçün hər şeyi sınadım, amma heç nə kömək etmədi. Son dövrədən əvvəl daha bir variantı sınadım və maşın canlandı – dövrə heyrətamiz idi. İkinci yerdən çox razıyam.

Finiş xəttini keçdikdən sonra iki McLaren arasında yer aldığımı biləndə təəccübləndim. Sadəcə əladır və sabahı səbirsizliklə gözləyirəm. Yarış çətin olacaq. Medium təkərlərlə sprint asan deyildi. Düşünürəm ki, liderlərin əksəriyyəti bu heyətlə başlayacaq. Bu həftə sonu Hard təkərlər həqiqətən düzgün işlənməyib. Hazırda bunun bir ya iki pit-stoplu yarış olacağını bilmirik.

Bilirik ki, McLaren sürətli olacaq, amma mən indiki mövqeyimdə qalmaq üçün mümkün olan hər şeyi etməyə, hətta onları ötməyə çalışacağam”.

Bunları da oxuyun

Şərh əlavə et