Kokpit.az xatırladır ki, Çindəki Sprint yarışına birinci cərgədən başlayan niderlandlı sürücü startdakı yerini qoruyub. Bir müddət Həmiltonun DRS məsafəsində qalan Maks təkərlərinə nəzarət etməkdə çətinlik çəkdiyi üçün rəqibinə hücum edəcək qədər yaxınlaşa bilməyib.
Yarışın bitməsinə bir neçə dövrə qalmış isə Oskar Piastri dördqat Dünya Çempionunu geridə qoyub. Bununla da Maks üçüncü yerlə razılaşmalı olub
Maks Ferstappen: “Mən şansımdan istifadə etdim, çünki Oskar arxamda idi və mənə təzyiq edirdi. Ona görə də DRS məsafəsində qalmağa çalışdım. Təəssüf ki, son səkkiz dövrədə rəqiblərimiz kimi yaxşı tempimiz yox idi, ona görə də mən sadəcə trasda sağ qalmaq üçün mübarizə aparırdım.
Amma üçüncü yer də kifayət qədər yaxşı nəticədir. Təkərlərə nəzarət etmək çətin idi, amma eybi yoxdur, sabah daha yaxşı çalışacağıq.
Ümumilikdə bir az tempimiz çatışmır, ona görə də əlimizdən gələnin ən yaxşısını edirik və bu da təkərlərə zərər verir”.
Şərh əlavə et