O.Piastri: Düzgün anda sürətli olmadım

O.Piastri: Düzgün anda sürətli olmadım
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Oscar Piastri cümə günü istədiklərini əldə etməsələr də, şənbənin fərqli olacağını gözləyir.

Kokpit.az xatırladır ko, McLaren komandası Çin Qran Prisi həftəsonuna favorit kimi başlayıb və sərbəst yürüşlərdə Lando Norrislə birinci, Oskar Piastri ilə üçüncü yeri tutaraq bu gözləntiləri qarşılayıb. Lakin Sprint sıralamasının kritik anında gözlənilməz vəziyyət yaranıb və McLaren pilotları ilk iki yeri tuta bilməyiblər.

Üçüncü sessiyada Soft təkərlərə keçəndə Piastri üçüncü, Norris isə altıncı yerdə qalıb.

Oskar Piastri: “Ümumiyyətlə müsbət gün idi. Sıralanma turunun birinci və ikinci sessiyalarında hər şey yaxşı keçdi, lakin son sessiyada boliddən amaksimum nəticə əldə edə bilmədik”.

Avstraliyalı pilot poul qazanan Lyuis Həmiltondan  0,080 saniyə geri qalıb. O, bu barədə belə danışıb: “Təəssüf ki, sprintin təsnifat mərhələsində səhv anlarda sürətli idim… Bu, həm yaxşı, həm də pisdir.

Yaxşıdır, çünki avtomobilin yaxşı tempi var. Xüsusən də yarış tempimiz çox güclüdür. Bu, gələcəyə ümid verir. Düşünürəm ki, sabah üçüncü yerdən başlayıb, qələbə üçün mübarizə apara  bilərəm. Məncə, bugünkündən daha yaxşı nəticə əldə edəcəyik”.

Oskar Piastri yeni asfalt qatı haqqında da bunları deyib: “Yeni asfalt qatında ilişmə çoxdur, eyni zamanda çox qeyri-sabitdir. Müəyyən məqamlarda düzgün tempi saxlamaq çox çətindir”.

Bunları da oxuyun

Şərh əlavə et