F.Alonso nikbindir

F.Alonso nikbindir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Fernando Alonso ilk onluqda yer ala bilməsə də, nəticədən razıdır.

Kokpit.az xatırladır ki, Aston Martin komandasının pilotları Ləns Stroll və Fernando Alonso Çin Qran Prisinin Sprint sıralanna turunda  ilk onluğa düşməkdə çətinlik çəkiblər. Stroll üçüncü sessiyaya vəsiqə qazanmağı bacarıb və 10-cu olub. Komanda yoldaşı Fernando Alonso isə 11-ci yeri tutub.

Ləns Stroll sessiyadan sonra bunları deyib: “Bizim üçün güclü sessiya oldu və mən üçüncü sessiyaya vəsiqə qazandığım üçün şadam.

Biz üçüncü sessiyada  köhnə Soft təkərlərdən istifadə etmək qərarına gəldik, çünki təkərləri sabahkı sıralanma turu üçün saxlamaq istəyirdik. Buna görə də rəqiblərimizə nisbətən necə olduğumuzu dəqiq söyləmək çətindir, xüsusən də orta komandalar arasında çox gərgin mübarizə şəraiti varkən… Həftə sonu üçün necə inkişaf edə biləcəyimizə köklənəcəyik”.

Fernando Alonso ümumilikdə sprint sıralanma turundan razı qaldığını, lakin üçüncü sessiyaya vəsiqə qazana bilmədiyinə görə təəssüfləndiyini bildirib: “Mən bu gün Sprint sıralanna turundan çox razı qaldım, çünki avtomobil çox rəqabətədavamlı idi. Birinci sessiya mənim üçün çox yaxşı keçdi və ilk cəhddə ikinci yeri aldıq. Amma sonda onluğu əldən verdim.

Yenə də üçüncü sessiyaya bir bolidimizib qalması xoşdur. Orta qrupda rəqabət çox gərgindir və biz Sprint yarışında nə edə biləcəyimizi görəcəyik. Əsas diqqətimiz əsas sıralanma turu  və əsas yarışdır. Amma sabahkı Sprint bizə əlavə xallar toplamaq üçün şans verəcək. Görək nə edə bilərik”.

Bunları da oxuyun

Şərh əlavə et