Kokpit.az xatırladır ki, niderlandlı sürücü Çindəki sprint sıralanma turunda ikinci yeri tutub. Sprint üzrə təsnifat mərhələsində çox yaxşı dövrə ilə ikinci yeri tutan dördqat dünya çempionu ümumi sürət baxımından McLaren sürücülərindən daha yavaş görünürdü.
Maks Ferstappen təsnifat mərhələsindən sonra verdiyi açıqlamada bolidinin balansında böyük problem olmadığını, lakin ümumilikdə yavaş olduqlarını bildirib: “İndi çox xoşbəxtəm. Sərbəst yürüşıərdə kifayət qədər geridə idik, ona görə də birinci cərgədə olmaq çox gözəldir. Mənim dövrəm həqiqətən yaxşı idi. Medium təkərlərdən Sont tərkiblərə keçəndə və heç bir meyar nöqtəmiz olmayanda həmişə bizim üçün çətin olur.
“Buna baxmayaraq biz poulu cəmi 0,018 saniyə fərqlə əldən verdik. Birinci sırada olmamalıydıq, ona görə də ikinci olduğum üçün çox şadam.
Balans çox pis deyildi, biz çox yavaş idik. Bu, bizim üçün yaxşı motivasiya mənbəyidir. Biz hər dövrəni ən yaxşı şəkildə başa vurmalı və əlimizdə olanı maksimum dərəcədə yaxşılaşdırmalıyıq. Sürət cəhətdən geri qalan zaman bunu etmək çox vacibdir.”
Sprint yarışı haqqında danışan Maks Ferstappen McLaren-in son ana qədər çox sürətli göründüyünü və onları geridə saxlamağın çətin olacağını bildirib: “Onlar son dövrəyə qədər çox sürətli idilər. Ona görə də onları geridə saxlamaq çətin olacaq. Ümid edirəm ki, əyləncəli olacaq və bir az yarışa bilərik. Bu, mənim üçün yaxşı olardı. Hazırda çox xoşbəxtəm. Kağız üzərində xeyli geridə idik, ona görə də birinci cərgədə olmaq çox gözəldir”.
Şərh əlavə et