L.Həmilton: Bir nömrəni görmək inanılmazdır

L.Həmilton: Bir nömrəni görmək inanılmazdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Lyuis Həmilton Çin Qran Prisinin sprint sıralanma turunda Ferrari üçün ilk poulunu qazandıqdan sonra açıqlama verib.

Kokpit.az xatırladır ki, Ferrari üçün kabusa çevrilən Avstraliya Qran Prisi həftəsonundan sonra Lyuis Həmilton Çin Qran Prisinin sprint sıralanma turunda möhtəşəm çıxış edərək poulu əldə edib.

Britaniyalı sürücü yeni komandasında ilk poulu aldıqdan sonra bu açıqlamanı verib: “İlk növbədə bu gün burada olan bu heyrətamiz izdihama böyük təşəkkürümü bildirmək istəyirəm. Belə bir nəticə gözləmirdim, amma çox xoşbəxtəm və qürur duyuram.

Son yarış bizim üçün əsl fəlakət oldu və biz bolidin daha çox performansa malik olduğunu bilirdik, lakin biz onu göstərə bilmədik. Bura – gözəl yer olan Şanxaya, çox sevdiyim trasa gəlmək çox gözəldir. Hava gözəl idi və bolid ilk dövrədən etibarən canlandı. Biz çox gözəl dəyişikliklər etdik, komanda maşını hazırlamaqda çox yaxşı iş gördü.

Mən bir az şokdayam. İnana bilmirəm ki, sprint üçün poul qazanmışıq! Bu, bizi yarış üçün də yaxşı mövqeyə qoyur.

Poul dövrəsində fərqi harada yaratdığı sualına Lyuis Həmilton belə cavab verib:  “Dəqiq bilmirəm, geri dönüb buna baxmalı olacağam. Mənim ilk sektorum həqiqətən güclü idi. Düşünürəm ki, ən böyük yaxşılaşdırmanı elə burada etdim. Ümumilikdə, bütün trasda kiçik, lakin effektiv təkmilləşdirmələr etdim. Mən hələ də vaxtımı yaxşılaşdıra bilərəm və bunu növbəti sıralanma turuna mütləq əks etdirəcəyəm.

Maşını saxladığınız zaman ekranda “1” rəqəmini görmək əla hissdir və qırmızı avtomobildə olmaq inanılmazdır”.

Lyuis Həmilton yarış tempi haqqında bunları deyib: “Bəhreyn testlərində yarış tempində işləməmişəm, keçən həftəsonu yağışda yarışmışıq, lakin mən sabah bu bolidlə quru havada ilk dəfə yarış tempində sürəcəyəm. Bazar günü ilk tam yarışımı tamamilə quru havada keçirəcəyəm.

Ümid edirəm ki, birinci yerimizi qoruya bilərik, lakin McLaren-lər həqiqətən sürətlidir, Maks da. Amma biz yaxşı vəziyyətdəyik, pozitiv qalacağıq, başımızı dik tutacağıq və var qüvvəmizi ortaya qoymağa davam edəcəyik.”

Bunları da oxuyun

Şərh əlavə et