Kokpit.az xatırladır ki, FİA Avstraliya Qran Prisində arxa qanadların elastikliyini daha sərt formada yoxlayacaqlarını demişdi və McLaren bu yoxlamaların mərkəzində idi.
Lando Norris: “Xeyr! Bu bizim üçün problem deyil. Bizim qanadımız onsuz da qaydalara uyğundur. Hətta düzünü desəm, limitlərdəyik. Bəlkə limitləri bir az da yoxlayacağıq.
Bu qayda bizim üçün yox, rəqiblərimiz üçün gətirilib. Buna görə bir az da təzyiq etməliyik”.
McLaren komandası mövsümə yaxşı başlayıb və Lando Norris Avstraliyada qalib gəlib. Britaniyalı sürücü bildirib ki, MCL39 keçənilki maşına nisbətən çox güclüdür.
Lakin Lando Norris sonda əlavə edib ki, bolidin bəzi yönləri onun sürüş tərzinə tam uyğun deyil: “Bolidin bəzi xüsusiyyətləri xoşuma gəlmir. Mənim aqressiv tərzimə tam uyğun deyil. Ancaq bu maşını ən yaxşı formada sürməliyəm”.
Şərh əlavə et