H.Marko: Fərqi bağlamağa vaxt lazımdır

H.Marko: Fərqi bağlamağa vaxt lazımdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull-un idman məsləhətçisi Helmut Marko hesab edir ki, təkərlərin yeyilməsi baxımından onların McLaren-ə çatması üçün daha çox vaxt lazımdır.

Kokpit.az xatırladır ki, Red Bull komandasının pilotu Maks Ferstappen keçən həftəsonu Avstraliya yarışını ikinci pillədə başa vursa da,  McLaren-in pilotları ilə rəqabət apara bilməmişdi.

Red Bull-un idman məsləhətçisi Helmut Marko yarışdan sonra verdiyi açıqlamada RB21-in ən böyük probleminin təkərlərin yeyilməsi olduğunu və bu problemi qısa müddətdə həll etmək üçün çalışdıqlarını bildirib: “Biz artıq Bəhreyn sınaqlarından sonra bilirdik ki, McLaren bizdən çox sürətlidir.

Bununla belə, fərqi aradan qaldıra bildik.  Əvvəlcə hər dövrə üçün yarım saniyə itirirdik, indi bu fərqi 0,2-0,3 saniyəyə endirdik. Biz altı-səkkiz dövrədən çox onların tempində qala bilmirik, çünki bolidimizin təkərləri onlarınkından daha tez yeyilməyə başlayır”.

Yarışın sonuna yaxın Maks Ferstappen lider Lando Norrisə təzyiq göstərmək üçün hücumlar etmiş, lakin Norris heç bir səhv etməyərək  yarışı qazanmışdı.

Helmut Marko hələ də Red Bull-un yaxşı nəticə əldə etdiyini düşünür: “Düşünürəm ki, yaxşı nəticə əldə etdik, lakin bizi çətin mövsüm gözləyir. Əsas problemimiz təkərlərin yeyilməsidir, lakin başqa problemlərimiz də var. Onların nədən qaynaqlandığını bilirik və hazırda onların həlli üzərində işləyirik. Ümid edirəm ki, 3-5 yarışda problemlərimizi tamamilə həll edərik. Sonra McLaren ilə eyni səviyyədə ola bilərik”.

Bunları da oxuyun

Şərh əlavə et