Xəbəri Kokpitdə Oxuyun!

FİA yoxlanışları sərtləşdirir

Beynəlxalq Avtomobil Federasiyası (FİA) Çin Qran Prisindən əvvəl arxa qanadın elastiklilik testini gücləndirəcək.

Kokpit.az xatırladır ki, FİA bəzi komandaların aerodinamik elastikliyi həddən artıq istifadə etməmələri üçün mövsümün əvvəlində sərt testlər edəcəklərini açıqlamışdı.

Ön qanadlarla bağlı reqlament İspaniya Qran Prisindən etibarən qüvvəyə minəcək. Arxa qanadlarla bağlı sərt testlər isə mövsümün əvvəlindən etibarən tətbiq edilməyə başlanmışdı.

Ancaq FİA Melburnda əldə etdiyi məlumatları təhlil etdikdən sonra komandaların arxa qanadlarının həddən artıq elastik olduğunu anlayıb. Buna görə də Çin Qran Prisində testlər bir addım daha sərtləşəcək.

FİA arxa qanadda əsas hissə ilə hərəkətti hissə arasındakı maksimum slot açıqlığını 2 millimetrdən 0.5 millimetrə salıb. Bu açıqlıq 75 kiloluq şaquli yük tətbiq olunanda ölçüləcək.

FİA bu barədə belə açıqlama verib: “Avstraliya Qran Prisi sərbəst yürüşlərində bolidlərin trasdakı deformasiyalarını izləmək üçün onların kameralardan istifadə etməsini tələb etdik.

Melburnda FİA-nın boksunda apardığımız statik ölçülərlə arxa qanad deformansiyalarını təhlil etdik. Bundan sonra qərar verdik ki, Çin Qran Prisindən etibarən üst arxa qanadda daha sərt testlər tətbiq edək.

Daha spesifik olaraq 2025-ci ildə tətbiq edilməyə başlanılan 3.15.17-ci maddə arxa qanadın əsas hissəsinin hər iki ucuna 75 kiloqramlıq şəquli yük tətbiq olunacağı halda, əsas hissə ilə qanad arasındakı məsafənin 2 millimetrdən çox dəyişməməsini müəyyən etməkdir.

Şanxaydakı həftəsonunda bu limit 0.5 millimetrə qədər azaldılacaq. Şanxay üçün qısa müddət qaldığı üçün bu yeni limitə sadəcə 0.25 millimetr tolerantlıq əlavə olunacaq”.

Rauf Hacıyev

Şərh əlavə et