FİA qaydaları sərtləşdirir

FİA qaydaları sərtləşdirir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Federasiya Melburnda bütün avtomobillərin aerodinamik testlərdən keçdiyini və texniki reqlamentlərə əməl etdiyini təsdiqləyib, lakin növbəti yarışda məcburi texniki təlimatların dərc edilməsi ilə qaydalar sərtləşdiriləcək.

FİA-nın rəsmi açıqlaması

Əvvəllər xəbər verildiyi kimi, 2024-cü il mövsümünün sonu və 2025-ci il mövsümünün başlanğıcı arasında FİA texniki reqlamentin 3.15.1-ci maddəsinə əsasən, ön və arxa qanadların əyilməsi üçün yeni sınaqlar tətbiq etmək və ya mövcud sınaqları təkmilləşdirmək üçün ona verilmiş səlahiyyətlərdən istifadə edib. Bundan əlavə, FIA komandalardan traslardakı deformasiyaları izləmək üçün Melburnda sərbəst yürüşlər zamanı avtomobillərinə videokamera quraşdırmağı xahiş edib.

Melburnda federasiya tərəfindən ölçülən statik əyilmələrlə birlikdə arxa qanadın hərəkət görüntülərini təhlil edərək, qarşıdan gələn Çin Qran Prisindən başlayaraq arxa qanadın üst çubuğunun əyilməsinin daha sərt sınaqlarını tətbiq etmək üçün kifayət qədər əsasın olduğu qənaətinə gəlinib.

Xüsusilə, 2025-ci ildə tətbiq edilən 3.15.17-ci maddədə deyilir ki, arxa qanadın əsas müstəvisinin hər iki ucuna 75 kq şaquli yük tətbiq edilərsə, əsas hissə ilə qanad arasındakı məsafə (“boşluq” kimi tanınır) 2 mm-dən çox dəyişməməlidir. Şanxayda keçiriləcək Qran Pridən etibarən bu hədd 0,5 mm-ə endiriləcək. Şanxay raundu ilk yarışdan cəmi 1 həftə sonra baş tutacağına görə, yeni limitə 0,25 mm tolerantlıq əlavə olunacaq.

Komandalara yenidən işlənmiş test qaydaları haqqında 17 Mart bazar ertəsi səhər məlumat verilib. Federasiya Melburnda bütün avtomobillərin 3.15.17-ci maddənin tələbinə uyğun olaraq sınaqdan keçirildiyini və qaydalara uyğun olduğunu təsdiqləmək istəyir.

Bunları da oxuyun

Şərh əlavə et