L.Həmilton: Bolid divara dəymək istəyirdi

L.Həmilton: Bolid divara dəymək istəyirdi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton mövsümün ilk yarışı Avstraliyadan sonra SF25-in idarəetməsindən şikayətlənib.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu Albert Parkdakı yarışa 8-ci yerdən başlayıb və startda bir yer belə qazana bilməyib.

Lakin yarışın sonlarına doğru başlayan şiddətli yağış onun işinə yarayıb. Rəqiblərinin pitə girməsi ilə Lyuis Həmilton liderliyə, komanda yoldaşı Lekler ikinci yerə yüksəlib. Ancaq Ferrari komandası bu anda qumar oynayıb və iki sürücüsünü də pitə çağırmayaraq quru hava təkərlərində saxlayıb.

Sonrakı dövrələrdə yağışın şiddətlənməsi ilə Ferrari sürücülərini pitə çağırıb və onları keçid təkərlərinə keçirib. Yekunda Şarl Lekler 8-ci, Lyuis Həmilton isə 10-cu yeri tutub.

Lyuis Həmilton: “Doğrudan da çətin yarış oldu və gözlədiyimdən çətin keçdi. Yarışda bolidi idarə etmək inanılmaz dərəcədə çətin idi.

Bolidi bariyerlərə vurmadığım üçün şükür edirdim, çünki çox vaxt tam tərsini edirmişəm kimi hiss etdirirdi.

Yarış ərzində yağışlı havada yeni güc qurğusuna öyrəşməyə çalışdım. Burada sazlanmalar fərqlidir. Sürüş tərzi və sükan üzərindəki sazlanmalar fərqlidir.

Əlimdə gələni etdim və yarışda qalmağa çalışdım. Hətta bir nöqtədə liderliyə yüksəldim. Ancaq yağışın nə qədər çəkəcəyi barədə bir fikrimiz yox idi və düzgün qərar almadıq. Buna görə də fürsət əldən getdi”.

Bunları da oxuyun

Şərh əlavə et