M.İzola: Deqradasiya minimum idi

M.İzola: Deqradasiya minimum idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli Racing-in direktoru geridə qalan mövsümün ilk yarışındakı təkər performanslarını şərh edib.

O, yarışın boyük hissəsində istifadə edilən keçid təkərlərin effektivliyindən danışıb.

Mario İzola: “Yeni Formula 1 mövsümünə görün necə start verildi! Cəmi yüz dəqiqə ərzində biz çoxlu emosiyalar yaşadıq və nəticə son dövrəyə qədər məlum deyildi – təkcə qələbə üçün deyil, həm də ilk onluqdakı mövqelər üçün eynisini deyə bilərik.

Texniki nöqteyi-nəzərdən biz 2025-ci ilin keçid təkərlərinin necə performans göstərdiyini qiymətləndirə bildik. Onlar hətta trasda trayektoriya quruyanda belə, sürücülərə ən yuxarı limitlərdə sürməyə imkan verdilər. Bu trasda ən çox yükü daşıyan ön sol təkərlərdə cüzi cızıqlar var idi, lakin ümumilikdə biz rezin deqradasiyasının minimal olduğunu gördük.

Sliklər haqqında demək olar ki, heç bir fikrimiz yoxdur, çünki onların istifadə edildiyi vaxt olduqca qısa idi, bu da onların effektivliyini qiymətləndirməyi çətinləşdirir. İndi on komanda ilə birlikdə gələn həftə Şanxayda mövsümün ikinci mərhələsinin hazırlığına başlayırıq. Çindəki tras Albert Parkdan çox fərqlidir. Qarşıda bizi tamamilə yeni asfalt və sprint həftəsonu gözləyir ki, bu da əlavə meydan oxuma olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et