Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Antonellinin cəzası ləğv olunub

Mercedes komandası Antonellinin aldığı 5 saniyəlik cəzaya görə FİA-ya müraciət edib. FİA müraciətdən sonra insidenti yenidən araşdırıb və italyan sürücünün cəzası ləğv edilib.

Kokpit.az xatırladır ki, italyan sürücü Albert Parkdakı xaotik yarışda ikinci dəfə pitə girərkən Niko Hülkenberqin yoluna çıxmış və buna görə də stüardlar ona 5 saniyə cəzası vermişdilər. Debütant sürücü yarışı 4-cü yerdə bitirsə də, bu cəzaya görə 5-ci yerə geriləmişdi.

Lakin yarışdan sonra Mercedes komandası bu cəzaya etiraz edib və FİA bu etirazı qəbul etdikdən sonra Kiminin beşsaniyəlik cəzası ləğv edilib.

Beləliklə, Kimi yenidən 4-cü olub və debüt yarışından 12 xal qazanıb.

Stüardlar bu barədə belə açıqlama veriblər:

“Qərar: Yeni video görüntülərdən başqa daha əvvəl stüardlara çatmayan və helikopter kamerasından alınan əlavə görüntüləri təhlik etdik və bu qərarı geri çəkdik. Yekunda 12 nömrəli maşına verilən cəza ləğv olunub. Əlavə prosedur olmayacaq.

Açıq formada görünür ki, 12 nömrəli maşın pit yolunun sürətli hissəsinə keçərkən güzgülərinə baxıb və 27 nömrəli maşınla arasındakı məsafədən əmin olduqdan sonra yola düşüb”.

Rauf Hacıyev

Şərh əlavə et