Kokpit.az xatırladır ki, britaniyalı sürücü Albert Parkdakı sıralanma turunda dördüncü olsa da, xaotik keçən yarışda podiuma yüksələ bilib və üçüncü yeri tutub.
Corc Rassell: “Üçüncü olmaq doğrudan da gözəl bir hissdir. Əvvəlcə Lando norrisi təbrik edirəm. Belə bir yarışda lider olmaq böyük ehtimalla ən pis kabuslardan biridir, amma o əla iş gördü. Bundan başqa Kimini təbrik etmək lazımdır. Beşinci yeri tutması doğrudan da təsir edicidir. Podiuma çıxmaq mənim üçün əla nəticədir. Doğrudan da çox sevincliyəm.
Yarışdan çox həzz aldım, çünki öndəki iki pilotun səhv etməsini və mənim o fürsəti dəyərləndirəcəyimi ümid edirdim. Amma doğrudan da çox çətin bir yarış oldu. Formula 1 belə bir şeydir. Ümid edirəm ki, yarışı evlərində izləyənlər həzz alıblar”
Şərh əlavə et