Ş.Lekler: Limitlərdə sürəndə problem oldu

Ş.Lekler: Limitlərdə sürəndə problem oldu
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, SF-25-in böyük potensialı var.

Kokpit.az xatırladır ki, Ferrari Avstraliyada ikinci sərbəst yürüşlərdə ən sürətli olsa da, bu tempini sıralanma turuna əks etdirə bilməyib. Şarl Lekler 7-ci, Lyuis Həmilton 8-ci yeri tutub.

Şarl Lekler: “Bolidi limitlərdə sürəndə qeyri-stabillik artmağa başladı. Birinci sessiyada yaxşı idik. İkinci sessiyada bir az gerilədik. Üçüncü sessiyada isə limitlərdə sürməli olduq. Ancaq trasın təkmilləşməsinə cavab verə bilmədik.

Xüsusən də son sektorda təkərlər çox qızdı. Dünənki performansımıza görə bu gün daha çox çətinlik çəkdim. Bunu təhlil etməliyik.

Dünənə nisbətən rəqabətədavamlılığımızı itirdik. Nəyi dəyişdirdiyimizi bilirik. Buna qətiliklə baxacağıq.

Məncə, McLaren-ə yaxınıq. Sadəcə son sessiyada bolidin balansını və işləmə aralığını itirdik”.

Bunları da oxuyun

Şərh əlavə et