Hazırda yağışın yarışın başlanmasını gecikdirəcək qədər güclü olacağı gözlənilmir, lakin FİA hadisələri izləyir. Federasiya başa düşür ki, bazar günkü yarışın başlama vaxtını irəli çəkmək risklidir – Albert Parkda trasda süni işıqlandırma yoxdur və axşam hava tezdən qaralmağa başlayır.
Brifinq zamanı sürücülərə mümkün təxirə salınma variantları barədə məlumat verilib. Orada təhlükəsizlik avtomobili protokolu da müzakirə olunub. Sürücülər narahatdırlar ki, təhlükəsizlik maşını davam edən yağışda kifayət qədər sürətlə gedə bilmir , öz növbəsində də bu, təkərlərin soyumasına və yol tutuşunu itməsinə səbəb olur.
Qərara alınıb ki, zərurət yaranarsa, sürücülər əvvəlcə təhlükəsizlik maşınının arxasına keçəcəklər, bir neçə dövrədən sonra isə yarış rəhbərliyi virtual təhlükəsizlik avtomobili ssenarisinə keçəcək – bu, sürücülərə təkərlərin kifayət qədər temperaturunu təmin etməyə, insident riskini azaltmağa imkan verəcək.
Şərh əlavə et