Kokpit.az xatırladır ki, britaniyalı sürücü Avstraliyada birinci sərbəst yürüşləri 7-ci, ikinci sərbəst yürüşləri isə 10-cu yeri tutub.
Corc Rassell: “Doğrudan da enişli və yoxuşlu bir gün idi. Medium və Hard təkərlərlə trasa çıxdığımızda ən üst sıralarda idik və hər dövrə özümüzü yaxşı hiss edirdik. Lakin Soft təkərə keçdikdən sonra tempimiz aşağı düşdü. Bolidin sürəti göz qabaöındadır və hazırda edəcəyim əsas şey təkərlərdən ən yaxşı formada faydalanmaq olacaq.
Əgər sessiya Hard ya da Medium təkərlərlə keçirilsəydi, qətiliklə rəqabətədavamlı olardıq. Lakin sıralanma turunda Hard ya da Medium təkərlə yox, Soft təkərlə trasa çıxırsınız. Bu təkərlə də rəqabətədavamlı görünmürük. Bunun səbəbini anlamalıyıq. Gecə ərzində işləyin inkişaf etməliyik. Görək nə olur”.
Şərh əlavə et