Kokpit.az bildirir ki, Albert Park-da sıralanma turu hərəkətli başlayıb. Sürücülər trasda boşluq tapmaq üçün mübarizə aparıblar. Elə hu anlarda Maks Esterson ilə Oliver Göte sondan əvvəlki döngədə təmas yaşayıblar. İki sürücünün maşını da zədələnib və onlar boksa qayıtmalı olublar. İnsidentdən sonra stüardlar bildirblər ki, sessiyadan sonra qəza araşdırılacaq.
Sürətli dövrələr atılmağa başlanılanda ilk olaraq Viktor Martins ön plana çıxıb. Fransalı sürücü 1.31.012 zaman nəticəsi ilə zirvəyə oturub və Qabrile Miniyə 0.2 saniyə fərq atıb.
Martins növbəti cəhdində nəticəsini bir az da yaxşılaşdırıb və 1.30.489 zaman nəticəsi göstərib. Lakin əvvəlcə Ktouford, daha sonra Mini onu geridə qoyub. Qısa müddətdən sonra isə Leonardo Fornarolu 1.30.136 zaman nəticəsi ilə zirvəyə yerləşib.
İlk cəhdlərdən sonra əksər sürücülər pitə qayıtsalar da, Fornaroli Super Soft təkərlərdən daha çox performans ala bilib. İtalyan sürücü 1.29.948 zaman nəticəsi ilə Minini 0.230 saniyə qabaqlayıb.
Sessiyanın bitməsinə səkkiz dəqiqə qalmış mübarizə yenidən başlayıb. Martin yeni təkərlərə keçdikdən sonra 1.29.523 zaman nəyicəsi ilə liderliyi təzədən özünə qaytarıb. Onu 0.064 saniyə geridə Krouford izləyib
Sürücülər nəticələrini yaxşılaşdırmağa davam ediblər və Martin son cəhdində nəticəsini daha da təkmilləşdirib. Lakin Mini finişə gələn son sürücülərdən biri olub və 1.29.286 zaman nəticəsi göstərib. ART Grand Prix komandasının sürücüsü Viktor Martins italyan pilotdan 0.114 saniyə geridə qalıb.
Krouford üçün yeri tutub. Onu MP Motorsport-dan Rixard Versxor və Rodin Motorsport-un debütant sürücüsü Aleksander Danni izləyiblər. Roman Stanek altıncı, Hitech TGR komandasının sürücüləri Dino Beqanoviç və Lyuk Brouninq müvafiq olaraq yeddi və səkkizinci yerləri tutublar. AİX Racing komandasında Coşua Dürksen isə doqquzuncu olub. Onluğu Fornaroli bağlayıb.
Şərh əlavə et