Audi ekstremal Q6 offroad konseptini nümayiş etdirib

Rauf Hacıyev 02 Fevral 2025, 09:57
Audi ekstremal Q6 offroad konseptini nümayiş etdirib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Keçən həftə Audi sosial şəbəkələrdə qeyri-adi Q6 Sportback e-tron krossoverinin şəkillərini dərc edib. Elektrik krossoveri əsl ofrouderə çevrilib, lakin onun haqqında heç bir təfərrüat açıqlanmayıb. İndi isə, konseptual ofrouder barədə yeni təfərrüarlar peyda olub.

Audi Q6 e-tron offroad konseptinin əsas xüsusiyyəti onun üçün xüsusi olaraq hazırlanmış təkər reduktorlarıdır. Şirkət bu konstruksiyanı portal oxları (portal axles) adlandırır, lakin, əlbəttə ki, burada hər hansı bir körpüdən söhbət gedə bilməz: Q6 müstəqil asqısını saxlayıb, baxmayaraq ki, bütün qollar 250 millimetr genişləndirilmiş təkər izi üzündən yenidən işlənməli olublar.

Klirensdə iki dəfə artırılıb: standart 164-dən heyranedici 324 millimetrə qədər. Altlıq yastı qalıb, lakin batareya əlavə güc qorunmasını alıb. Əyləclər də yenidən işləniblər, amma ən maraqlı detal “acıqlı” Venom Power Terra Hunter X/T şinləri taxılmış təkər diskləridir.

Ofrouder təkcə özünün möhtəşəm keçmə qabiliyyəti ilə seçilmir. Reduktorlar təkərlərdəki fırlanma anını adi portal oxlarındakı 20-30% ilə müqayisədə dərhal 50% artırır. Nəticədə, konseptin əsaslandığı standart SQ6 e-tron krossoverinin təkərlərindəki pik dartma qüvvəsi 9000 Nm əvəzinə 13400 Nm-ə çatır.

Eyni zamanda, elektrik mühərrikləri standartdırlar və ümumilikdə 517 at qüvvəsi və 580 Nm hasil edirlər, baxmayaraq ki, bu fırlanma anı yalnız on saniyə ərzində əlçatadır. Konsept 45 dərəcəyə qədər yamaclara qalxmağa qadirdir, lakin reduktorlara görə maksimal sürət 230-dan 175 km/saata endirilib.

Buna görə də, daha pis aerodinamika və böyük təkərlərə görə, konsept standart modeldən daha qısa yürüş məsafəsinə malik olacaq (onun pasport üzrə yürüş ehtiyatı 607 kilometrdir), lakin dəqiq məlumatlar dərc edilməyib.

Brutal ofrouderin xarici atributları təkər tağlarının genişləndiriciləri və güclü yedək qarmaqlarıdır. Ön bamperdə və damda əlavə iprojektorlar quraşdırılıb. Prototip Audi Sport bölməsi tərəfindən hazırlanıb və brendin rəhbəri Gernot Döllner ofrouderin təkər reduktorları olan sxemini brendin quattro tam ötürmə sisteminin yeni şərhi adlandırıb.

Üstəlik, Döllner potensial alıcıların reaksiyasını öyrəniləcəyini vəd edib. Odur ki, belə Audi elektromobillərinin seriyaya getmə şansı yarana bilər. Bu arada, Audi Q6 e-tron offroad konsepti Avstriyada təşkil edilən F.A.T buz yarışında sınaqdan keçiriləcək. Yarışlar fevralın 1-nə planlaşdırılıb.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et