Volkswagen elektromobillərinin dizaynını tamamilə dəyişəcək

Rauf Hacıyev 29 Noyabr 2024, 17:02
Volkswagen elektromobillərinin dizaynını tamamilə dəyişəcək
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Növbəti ID.3 və ID.4 modelləri “tamamilə yeni dizayn üslubunda” görünüşə malik olacaqlar.

Bu barədə, “Autoexpress” nəşrinə müsahibə verən, Volkswagen şirkətinin inkişaf şöbəsinin rəhbəri Kay Qrünits bildirib. Yeni dizayn üslubu dəyirmi elektromobilləri daha sanballı edəcək daha sadə elementləri olan ənənəvi siluetə qaytarmağı hədəfləyir. Yeni üslubun ilk nümayəndəsi ID.2All konseptinin seriya versiyası olacaq. Onun debütü 2025-ci ilin sonuna planlaşdırılır.

Qrünits, ID xəttinin gələcək elektromobillərinin “dizayn baxımından başlanğıca, yəni Volkswagen markasının məşhur olduğu üsluba qayıdacaqlarını” bildirib.

İnteryer tərtibatına yanaşma da dəyişəcək: çoxlarının bezdiyi sensorlu səthlər qismən ənənəvi idarəetmə vasitələri ilə əvəz olunacaq. Bunlar tez-tez istifadə olunan funksiyalara yeyin daxil olmağı təmin edən düymələr ola bilər. Xatırladaq ki, multimedia sisteminin sensorlu displeylərində onları axtarıb tapmaq kifayət qədər vaxt tələb edir.

Volkswagen şirkəti, ID.2All konseptində nümayiş etdirdiyi fiziki açarların geri qaytarılması ilə yanaşı, tərtibat materiallarının keyfiyyətini yaxşılaşdırılmasını da planlaşdırılır.

Qrünits yeni ID.3 və ID.4 modellərinin məhsuladrlığının artırılacağını və “yaşıl” avtomobillərin ən bahalı elementi olan dartma batareyalarının qiymətlərinin aşağı salınacağını da vəd edib. Xərclərin azalmasından həm Volkswagen şirkətinin özü, həm də pula qənaət edəcək müştərilər yararlana biləcəklər. Yeni elektrokarla 2026-cı ildə satışa çıxmalıdırlar.

Bu arada dərin böhran yaşayan Volkswagen zavodlarından qurtulmağa çalışır. Almaniyada iki zavodun bağlanması, eləcə də Çinin Sincan bölgəsindəki müəssisənin satılacağı gözlənilir.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et