Xəbəri Kokpitdə Oxuyun!

Toyota Celica geri qayıdır

Toyota şirkəti 2025-ci ildə əfsanəvi Celica idman avtomobilini canlandırmaq planlarını rəsmən təsdiqləyib.

Əfsanəvi modelin bazara qayıdışı ilə bağlı şayiələr uzun müddətdir ki, Yaponiya və dünya mətbuatında dolaşmaqdadır. Bununla belə, yapon brendinin texniki direktoru Hiroki Nakajima şirkətin “yeni Celica” istehsal edəcəyini yalnız indi açıqlayıb.

Toyota şirkətinin yüksək səviyyəli meneceri yapon istehsalçısının yeni nəsil Celica sportkarını yaratmaq planlarını ticarət nişanını qeydiyyatdan keçirmək üçün ərizə təqdim edildikdən bir neçə həftə sonra təsdiqləyib. Beləliklə, əfsanəvi model 18-illik aradan sonra, gələn il bazara qayıdacaq. Xatırladaq ki, idman avtomobili 1970-2006-cı illərdə istehsal olunub.

Yeni nəsil Celica ənənəvi güc qurğusunu alacaq. Sportkarın kapotu altında yapon brendinin mühəndislərinin təkmilləşdirməyə davam etdiyi yeni 2,0-litrlik turbomühərrikin duracağı gözlənilir. Şayiələrə görə, aqreqatın gücü 400 at qüvvəsindən çox olmalıdır. Eyni zamanda, Toyota nümayəndələri hələ də modelin yeni nəslinin dəqiq debüt tarixini açıqlamayıblar.

(c) Autograph.az

 

Rauf Hacıyev

Şərh əlavə et