Lakin bu ilin üçüncü rübündə Porsche Taycan elektromobillərinin satışları 50% azaldıqdan sonra, alman istehsalçısının rəhbərliyi daha radikal addımlar atmağa hazırlaşır.
Alman istehsalçısının maliyyə direktoru Lutz Meşke şirkətin yeni daxili yanma mühərrikləri üzərində işləməyə davam edəcəyini, həmçinin gələcək modellərin hibrid və hətta tam yanacaqlı versiyalarının yaradılması imkanlarını nəzərdən keçirəcəyini bildirib. Buna nail olmaq asan başa gəlməyəcək, çünki Porsche şirkətinin perspektivli elektromobilləri daxili yanma mühərrikinin quraşdırılması üçün nəzərdə tutulmayan PPE (Premium Platform Electric) arxitekturasına əsaslanırlar.
Şərh əlavə et