Nissan fəaliyyətini dayandırır?

Rauf Hacıyev 28 Noyabr 2024, 16:17
Nissan fəaliyyətini dayandırır?
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Nissan şirkəti çətin maliyyə vəziyyətinə görə fəaliyyətini dayandıra bilər. Üstəlik, bu hadisə yaxın 12-14 ay ərzində baş vermək ehtimalı böyükdür.

Bu proqnozu “Financial Times” qəzetinə yapon brendinin top-menecerlərindən biri verib. Mütəxəssisin fikrincə, yapon brendini yalnız lövbər-sərmayədar – banklar və ya böyük sığorta qrupları xilas edə bilər. Əks halda, Nissan digər avtomobil istehsalçıları tərəfindən ələ keçirilə bilər.

Yapon istehsalçısı Renault qrupunun Nissan şirkətindəki payını 40 faizə endirmək qərarından sonra ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Xatırladaq ki, əvvəllər bu pay 46 faiz olub. Bankların və sığorta qruplarının investisiyalarından əlavə, yapon brendinin rəhbərliyi səhmlərinin bir hissəsini Honda şirkətinə satmaq imkanını da nəzərdən keçirir. Eyni zamanda, hətta Renault öz aktivlərini Honda şirkətinə ötürə bilər.

Maraqlıdır ki, bundan əvvəl Renault-Nissan-Mitsubishi alyansının keçmiş rəhbəri Karlos Qon Honda şirkətinin gələcəkdə öz tərəfdaşlarını ələ keçirmək imkanına qadir olduğunu bildirmişdi. O zaman top menecer üç yapon istehsalçısının ittifaqının Honda şirkətinin kiçik brendləri gizli şəkildə ələ keçirmək üzrə planının bir hissəsi ola biləcəyini söyləmişdi.

İyulun sonunda Nissan Yaponiyadakı zavodunda avtomobillərin istehsal həcmini azaldıb. Yapon brendinin menecmentini bu addımı atmağa məcbur edən səbəb gəlirlərinin azalması olub.

(c) Autograph.az 

Bunları da oxuyun

Şərh əlavə et