Xəbəri Kokpitdə Oxuyun!

F1-də 43 illik rekord qırılıb

Corc Rassell Las Veqas Qran yarışında qalib gəlməklə 43 illik rekordu qırıb.

Kokpit.az xatırladır ki, 2024-cü ilin Formula 1 üzrə Dünya Çempionu Maks Ferstappen bu mövsüm səkkiz yarış, Şarl Lekler və Lando Norris isə hərəyə üç yarış qazanıblar.

Son qələbəsini Las-Veqasda qazanan Corc Rassel, Lyuis Hamilton, Karlos Sayns və Oskar Piastrinin hər birinin iki qələbəsi var.
Beləliklə, yeddi fərqli pilotun “birdən çox qələbə” əldə etməsi ilə 1981-ci ildən sonra rekord qırılıb

1981-ci il mövsümündə  Nelson Pike və onun ən yaxın rəqibi Alen Prost da üç qələbə qazanmışdı. Alan Cons, Karlos Rötemann, Jil Vilnöv və Jak Laffit hərəyə iki qələbə əldə etmişdi.  Əlbəttə ki, 2024-cü ildə səkkiz ya da daha çox yarış qalibi üçün hələ də fürsət var.

Rauf Hacıyev

Şərh əlavə et