Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Dünənki səhv olmasa, rahat qazanardım

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, dünən sıralanma turunda səhv etməsəydi, yarışı rahatlıqla qazanardı.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü dünən sıralanma turunun üçüncü sessiyasında səhv etmiş və 10-cu yeri tutmuşdu. Lakin o, yarışda möhtəşəm performans göstərərək, finişə ikinci yerdə çatıb. 

Lyuis Həmilton: “Əla idi. Əvvəlcə sona bir neçə yarış qalmış çempionluğu qazanan Maksı çox təbrik edirəm.

Dünən işimi düz görsəydim, bu yarış uşaq oyuncağı olacaqdı. Amma problem deyil. 10-cu yerdən başlayıb mübarizə aparmaq çox əyləncəli idi. Komanda əla iş gördü.

Bu həftəsonu komanda niyə belə sürətli idi anlamadıq, amma builki maşının ən yaxşı performansı idi. Buna görə də maşını bu səviyyəyə gətirən bütün komandaya təşəkkür edirəm. Əgər maşın növbəti yarışlarda da belə işləsə, öndəki rəqiblərimizə meydan oxuya bilərik. Çempionat tamamlandı. İndi edəcəyimiz tək şey mümkün qədər yaxşı yerlər tutmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et