Kokpit.az xatırladır ki, britaniyalı sürücü Las Veqasda pouldan başladığı yarışı qazanıb. O, yarış ərzində liderliyi heç kimə verməyib və mövsümdə ikinci qələbəsinə imza atıb.
Onun komanda yoldaşı Lyuis Həmilton isə yarışa 10-cu yerdən başlasa da, finişə ikinci yerdə çatıb və Mercedes həftəsonunu qələbə dublu ilə bağlayıb.
Corc Rassell: “Bir neçə saat içində uçmağı planlaşdırırdım, amma qətiliklə o təyyarəyə minməyəcəyəm. Bu axşamın həzzini komandamla birlikdə çıxaracağam. Las Veqasda yuxu kimi bir həftəsonu oldu. Necə belə sürətli olduğumuzu bilmirəm, amma hazırda bu zəfərin həzzini çıxarıram.
Veqas doğrudan da dəlispv yerdir. Buranı sözlərlə ifadə edə bilmirəm. Poul əldə etmək, qələbə qazanmaq və Lyuislə ilk iki yeri tutmaq bizim üçün ən gözəl nəticədir.
Elə bilirdim ki, nəsə tərs gedəcək. Daha əvvəl pouldan başladığım iki yarışda da əsl xaos yaşanmışdı”.
Şərh əlavə et